“Evimi sökdülər” deyən şəhid anasına bu tarixdə mənzil verilib - Sənəd 

Hazırda oxunan: “Evimi sökdülər” deyən şəhid anasına bu tarixdə mənzil verilib - Sənəd 

74217

Xəbər verdiyimiz kimi, şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Daha sonra Sabunçu icra başçısı Adil Vəliyev açıqlama verərək, həmin ərazidə qeyri-yaşayış obyekti tikildiyini və şəhid anasına Ramana qəsəbəsində daha əvvəl mənzil verildiyini bildirib. 

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mehriban Abdurahmanlıya 2021-ci ilin sentyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayon Ramana qəsəbəsində tam təmirli, 3 otaqlı mənzil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabunçuda şəhid anasının evi niyə SÖKÜLÜB? – İcra başçısından AÇIQLAMA - VİDEO


Mənzil qəsəbənin Yeni yaşayış kompleksi adlanan ərazisində yerləşib. M. Abdulrahmanlı həmin mənzili təhvil aldığını da öz imzası ilə təsdiq edib. 

Qeyd edək ki, bu gün yayılan görüntülərdə Mehriban Abdurahmanlı iddia edib ki, ona məxsus fərdi yaşayış evi Sabunçu RİH başçısı tərəfindən sökdürülüb. İcra başçısı Adil Vəliyev isə orada Amil Əliyev adlı dələduzun şəhid ailəsinin adından istifadə edərək obyekt tikmək istədiyini bildirmişdi.

İcra başçısının sözlərinə görə, tikintiyə icazə almaqdan ötrü Amil Əliyev şəhid anasına 1000 manat pul verib.  

Xatırladaq ki, şəhid anasının bu davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və onun statusundan istifadə edərək bu cür üsullara əl atması tənqid olunub. 

Bizim.Media



​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin