ABŞ-ın Exon Mobile şirkəti açıqlamasında “Azəri Çıraq Günəşli” yatağının neft hasilatının ötən illə müqayisədə azaldığı ilə bağlı məlumat yayıb. Dövlətin neftdən gələn gəlirləri isə son dörd ay ərzində iki dəfə artıb.
Bizim.Media ortaya çıxan ziddiyyətlərə aydınlıq gətirmək məqsədilə ekspert İlham Şabanın fikirlərini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...
Ekspertin sözlərinə görə ilk dəfə ABŞ-ın “Exon Mobile” şirkətinin açıqlamasına görə 2019-cu ildən başlayaraq yerli neft yataqlarında hasilatın azaldığı müşahidə olunub:
“Buna müvafiq olaraq şirkətlərə çatan həcmlər də azalır”.
Ekspertin sözlərinə görə neft hasilatının azalmasına baxmayaraq statistikaya baxsaq görərik ki, son dörd ay ərzində dövlətin neftdən gələn gəlirləri iki dəfə artıb:
“Neft həcminin azalmasının dövlətin gəlirlərinə mənfi təsir göstərməməsinin yeganə səbəbi bazarda neft qiymətlərinin çox yüksək olması ilə bağlıdır. Məhz buna görə də dövlətin neftdən gələn gəlirləri əvvəlki illərlə müqayisədə artmaqdadır. Neftin dünya bazarında bahalaşması tendensiyası isə hələ davam edəcək”.
Leyla Şah, Bizim.Media