Xızının dağlıq Dizəvər kəndi yaxınlığında dağın başında orta əsrlərə aid olan qala qalıqları tapılıb.
Qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin və "Artefakt ovçuları" vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.
Xidmətin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov Bizim.Media-ya özəl olaraq bildirib ki, qala yol üzərində yerləşir.
Tarixi məkanın ümumi sahəsi 3830 kv.m olan 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub. Yola baxan tərəfdən isə qayalıqlar təbii müdafiə funksiyası daşıyır.
Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.
S.Qurbanov deyib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Milli EA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 14.05.2022
Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı – ÖZƏL/FOTO
Hazırda oxunan: Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı – ÖZƏL/FOTO
Hazırda oxunan: Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı – ÖZƏL/FOTO
74199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.