Ağlınıza gəlməzdi – Dünyanın 1 nömrəli sərmayəçisi BU ŞİRKƏT oldu

Hazırda oxunan: Ağlınıza gəlməzdi – Dünyanın 1 nömrəli sərmayəçisi BU ŞİRKƏT oldu

74141

Hazırda kapitallaşmaya görə dünyada liderlik edən “Apple”, “Samsung”, “Huawei” kimi şirkətlər öz yerlərini birdən-birə uduzub, önə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nu buraxıblar.

Bizim.Media xəbər verir ki, “Saudi Aramco”-nun kapitallaşması bu il üçün 2,43 trilyon təşkil edib və o kapital bazarında liderliyi ələ alıb. 

Siyahıda ikinci yerdə “Apple” qərarlaşır. Apple şirkətinin builki kapitallaşması 2,42 trilyon dollar təşkil edir. Şirkət 2022-ci ilin əvvəlində kapital bazarında liderlik etsə də, bu ilki gəlirləri təxminən 20 faiz azalıb. 

Siyahıda 3-cü yerdə “Microsoft” şirkəti qərarlaşır.

Kapitallaşmaya görə gəlirləri getdikcə artan “Amazon” şirkəti siyahıda 4-cü pillədən yuxarı qalxa bilmir. Hazırda Şirkətin kapitallaşması 61 faiz təşkil edir. Səbəb isə pandemiya müddətində şirkət gəlirlərinin sürətlə azalması olub.
Siyahının digər pillələrində “China Mobile”,  “Tesla” və “Meituan” şirkətləri qərarlaşır. Qeyd edək ki, Qlobal Top 100-lüyə daxil olmaq üçün lazım olan minimum məbləğ 129 milyarddır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin