Koronavirusdan ölən “Miss Virginiya” dirildi

Hazırda oxunan: Koronavirusdan ölən “Miss Virginiya” dirildi

7413

Yaxınlarına ölüm xəbəri verilən 1958-ci il “Miss Virginiya” titulunun sahibi möcüzəvi şəkildə "dirilib".

Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, 82 yaşlı Barbara Qatri Leyə koronavirus diaqnozu qoyulub. Tənəffüs yollarında yaranan problem səbəbindən 20 dekabrda  xəstəxanaya yerləşdirilib.

İki gün sonra tibb müəssisəsindən onun oğlu Tom Kelliyə anasının ölüm xəbəri verilib. Kelli isə öz növbəsində bu kədərli xəbəri Barbaranın həyat yoldaşı Toni Leyə çatdırıb.  

Ancaq bir neçə dəqiqə sonra Kellyə xəstəxanadan zəng vurularaq Barbaranın yenidən həyata qayıtdığı və nəbzinin vurmağa başladığı söylənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin