Sentyabrın 27-dən başlayan əks-hücumun uğuru olaraq mühüm əhəmiyyətli su anbarının yerləşdiyi Suqovuşan kəndi Azərbaycan Ordusu tərəfindən azad edildi.
28 il idi ki, Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Artıq bu susuzluğa son qoyuldu. Tərtər çayının və suvarma kanallarının sululuq həddi 3-5 dəfə artdı.