Xəbər verdiyimiz kimi, bu gün Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Cənubi Qafqazı sülh, davamlı inkişaf və tərəqqi zonasına çevirməkdə maraqlı olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirildi - YENİLƏNİB/VİDEO
"Biz tərəflər arasında etimadın artırılmasında və Azərbaycan-Ermənistan münasibətlərinin tam hüquqlu normallaşması üçün şərait yaradılmasında maraqlıyıq", - deyə S.Lavrov vurğulayıb.
Bizim.Media