Qarabağda yeni MÜHARİBƏ - Ermənistanda dövlət çevrilişi olarsa, 51-ci maddə işə düşəcək

Hazırda oxunan: Qarabağda yeni MÜHARİBƏ - Ermənistanda dövlət çevrilişi olarsa, 51-ci maddə işə düşəcək

74037

Hazırda Ermənistanda baş verənlər vacib bir sualı ortaya qoyub: - Paşinyanın hakimiyyəti devrilə bilərmi? 

Paşinyanı devirmək istəyənlərin vədləri arasında isə müharibənin yenidən alovlandırılması daha aktualdır. Belə olacağı təqdirdə Azərbaycan hansı addımları atacaq? 

Deputat Elşad Mirbəşir oğlu hesab edir ki, Ermənistanın yenidən müharibə etməyə gücü yoxdur. Bu reallaşacağı təqdirdə isə ölkənin dövlət kimi varlığı sual altında olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı politoloq: “Paşinyan devrilsə belə, üçtərəfli bəyanatın müddəaları yerinə yetiriləcək”


“Bizim üçün vacib olan məqam ondan ibarətdir ki, biz öz güc mövqeyimizi davamlı olaraq möhkəmləndirməkdəyik. Paşinyanın gələcək taleyinə gəldikdəvə ona bağlı olaraq imzalanmış birgə bəyanatın aqibətinə gəldikdə, hesab edirəm ki, Ermənistanda siyasi iqtidarda kimin olmasından asılı olmayaraq proseslər Azərbaycanın haqlı maraqlarına uyğun cərəyan edəcəkdir.

Biz davamlı olaraq mövqelərimizi möhkəmləndiririk. Bu həm beynəlxalq münasibətlər sistemində müşahidə olunmaqdadır, həm ordu quruculuğu sahəsində real görünməkdədir. Bizim bu günki ordumuz iki il öncəki ordumuzdan da güclüdür.

Ordunun həm müdafiə qabiliyyətinin, həm texniki təchizatının möhkəmləndirilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı addımlar atılmaqdadır. Burada əsas məqsəd ondan ibarətdir ki, sonrakı proseslərdə də hər bir addım Azərbaycanın maraqlarına cavab versin.

Əgər Ermənistan iqtidar dəyişikli baş verəcək təqdirdə birgə bəyanatdan imtina edərsə, bu bütövlükdə Ermənistanın beynəlxalq imicinə ciddi zərbə gətirəcək.

Düşünürəm ki, Ermənistan Azərbaycanla hərbi baxımdan üz-üzə gəlməyə çəkinəcəkdir. Paşinyan da çıxışlarında sətiraıtı olaraq əhaliyə çatdırır ki, Azərbaycanla müharibə olacağı təqdirdə Ermənistanın dövlət kimi varlığı sual altında olacaq”, - deyə E.Mirbəşir oğlu qeyd edib.
Hər bir halda, Ermənistan rəhbərliyində kimin təmsil olunmasından asılı olmayaraq, gec-tez sülh müqaviləsinə imza atmalı olacaq. Əks təqdirdə, təxribatlar Azərbaycana BMT-nin 51-ci maddəsinə əsasən hərəkət etmək hüququ vermiş olacaq.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin