Ağdamda silah-sursat partlayıb, ölən var.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.
Aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
17.09 ***
Ağdamda minaya düşən şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın Qarabağ bürosuna verilən məlumata görə, həmin şəxs Ağdam rayon Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğludur.
Qeyd edək ki, o, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
16.29 ***
Ağdam sakini qoyun otararkən minaya düşüb.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib.
Yaralının 45-50 yaşlarında olduğu deyilir. O, Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu