Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 05.01.2021
Oğuzda karantini pozan çayxana aşkar edildi
Hazırda oxunan: Oğuzda karantini pozan çayxana aşkar edildi
Hazırda oxunan: Oğuzda karantini pozan çayxana aşkar edildi
7401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.