Çin Xalq Respublikasının polkovniki Çjou Bo etiraf edib ki, Finlandiya alyansa qoşularsa, NATO qoşunları Sankt-Peterburqun yaxınlığında ola bilər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Əməkdaşlıq Mərkəzinin keçmiş rəhbəri bu barədə “The Economist” jurnalında dərc olunan məqaləsində danışıb.
Çjou Bonun fikrincə, Finlandiya NATO-ya daxil olarsa, bu, tamamilə mümkündür, alyansın qoşunları Sankt-Peterburqdan bir qədər uzaqda olacaq.
Zabit qeyd edib ki, Pekin Rusiya-Ukrayna münaqişəsində neytraldır.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə Çinin maraqlarına böyük ziyan vurub. O xatırladıb ki, Moskva Şimali Atlantika Alyansına yeni üzvlərin daxil olmasının nəticələri barədə xəbərdarlıq edib.
Rusiya hakimiyyəti bu tədbirin Baltik dənizinin qeyri-nüvə statusunu ləğv edəcəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:42 / 12.05.2022
NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdiriləcək – Çinli polkovnikin PROQNOZU
Hazırda oxunan: NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdiriləcək – Çinli polkovnikin PROQNOZU
Hazırda oxunan: NATO qoşunları Sankt-Peterburq yaxınlığında yerləşdiriləcək – Çinli polkovnikin PROQNOZU
73994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.