İrəvanda növbəti avtoyürüş: Paşinyanın istefası tələb olunur

Hazırda oxunan: İrəvanda növbəti avtoyürüş: Paşinyanın istefası tələb olunur

73985

Ermənistan müxalifəti İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə daha bir avtoyürüş keçirir.

Bizim.Media Ermənistan informasiya portallarına istinadla xəbər verir ki, aksiya paytaxtın kənarından başlayıb, yürüşlərin biri Myasnikyan prospektindən start götürüb. Sürücülər aşağı sürətlə şəhərin mərkəzinə doğru hərəkət edir, sonra yenidən prospektə qayıtmağı planlaşdırırlar.

Analoji aksiyalar dünən də təşkil olunub və nəticədə uzun avtomobil tıxacları yaranıb. Mayın 11-də olduğu kimi, bu gün də müxalifət İrəvanın mərkəzində mitinq və yürüş keçirməyi planlaşdırır.
Ötən gün nümayişçilər yürüşün gedişində şəhər meriyasının binasını bloklamışdı. Dövlət müəssisələrinin bloklanması bu gün də gözlənilir.

Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilər hesab edirlər ki, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsini yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin