Gəncədə kişi həyat yoldaşına yanıq xəsarətləri yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna faktı təsdiq edib.
Onun bildirdiyinə görə, hadisə şəhərin general Məhəmməd Əsədov küçəsində qeydə alınıb. Orada yaşayan kişi ailə münaqişəsi zəminində evi yandırmaq məqsədilə benzin tökərkən, həyat yoldaşının da üzərinə benzin töküb.
Nəticədə qadının qolu yanıb. Yanğınsöndürənlər, polis əməkdaşları və təcili-tibbi yardım briqadası çağırış ünvanına cəlb ediliblər. Qadın xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərd bürosu