“Dünəndən bəri saysız-hesabsız məktublar alıram ki, niyə Azərbaycan təmsilçimiz Nadir Rüstəmliyə dəstək olmuram. Builki “Avroviziya”ya dəvəti Norveç nümayəndə heyəti tərəfindən almışam. Onlar bütün xərcləri ödəyərək, məni öz komandalarına dəstək kimi dəvət ediblər.
Məni dəstəkləyəndə isə bizim sənətçilərimiz dəstəkləmişdi: Aygün Kazımova, Tünzalə Ağayeva, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Türkiyədən isə Demet Akalın. Amma bilmirəm, həmin sənətçilər bizim təmsilçimizə dəstək olacaqlar, ya yox? Onlara yazın, mənə yazmayın. Mənə bu qədər məktub yazmaq lazım deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri ötən il “Avroviziya” beynəlxalq mahnı yarışmasında ölkəmizi təmsil edən müğənni Samirə Əfəndi deyib.
Sosial şəbəkə hesabında izləyicilərdən Samirəyə gələn “Niyə Azərbaycan təmsilçimizi dəstəkləmirsiniz?” sualı Əfəndini özündən çıxarıb. O, qalmaqallı suala sərt reaksiya verib:
“Sizcə, nə dərəcədə doğru olardı ki, Norveçin nümayəndə heyətinin dəvəti ilə gəlim müsabiqəyə və həmin ölkəni yox, digər ölkəni dəstəkləyim? Bu doğru bir məsələ deyil. Ona görə əziz izləyicilərim mənə bu cür məktublar yazmağa ehtiyac yoxdur.
Öz işimi və nə etdiyimi çox gözəl bilirəm. Norveçlilər çox sağ olsunlar. Stik mənə, mən də ona dəstək oluram. Onlar məni sayıb, seçib, dəvət ediblər. Mən də öz dəstəyimi onlara əsirgəmirəm”.
Qeyd edək ki, bu gün İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. İkinci yarımfinalda Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə çıxacaq. O, dördüncü nömrə altında çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:04 / 12.05.2022
Samirədən “Niyə Azərbaycan təmsilçisini dəstəkləmirsiniz?” sualına SƏRT CAVAB – “Niyə dəstəkləyim?”
Hazırda oxunan: Samirədən “Niyə Azərbaycan təmsilçisini dəstəkləmirsiniz?” sualına SƏRT CAVAB – “Niyə dəstəkləyim?”
Hazırda oxunan: Samirədən “Niyə Azərbaycan təmsilçisini dəstəkləmirsiniz?” sualına SƏRT CAVAB – “Niyə dəstəkləyim?”
73976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.