Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli saziş tezliklə əldə olunacaq və layiqli nəticələr verəcək.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz ADA Universitetində keçirilən "Avropa günü"nə həsr olunmuş seminar zamanı deyib.
"Azərbaycan və Aİ bir-biri üçün anlayışlı tərəfdaşdır. Məhz buna görə bizim əməkdaşlığımız bundan sonra da inkişaf edəcək", - deyə o bildirib.
R.Novruzun sözlərinə görə, Aİ Azərbaycan üçün təkcə ən iri ticarət tərəfdaşı deyil, həm də investisiyalara görə birinci yeri tutur.
"Azərbaycan da ikitərəfli münasibətlərlə bağlı Aİ kimi gələcəyə baxır", - səfir deyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:23 / 12.05.2022
XİN rəsmisi: Azərbaycanla Aİ arasında yeni saziş imzalanacaq
Hazırda oxunan: XİN rəsmisi: Azərbaycanla Aİ arasında yeni saziş imzalanacaq
Hazırda oxunan: XİN rəsmisi: Azərbaycanla Aİ arasında yeni saziş imzalanacaq
73949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.