“Ermənistan müxalifəti Azərbaycanı hərbi əməliyyatlara başlamağa təhrik edir” – Keçmiş deputat

Hazırda oxunan: “Ermənistan müxalifəti Azərbaycanı hərbi əməliyyatlara başlamağa təhrik edir” – Keçmiş deputat

73928

Eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın başçılıq etdiyi “Ermənistan” və “Mənim namusum var” bloklarının İrəvan küçələrinə çıxardığı hərəkatı 2018-ci ildəki hakimiyyət dəyişikliyi ilə müqayisə etmək mümkün deyil. İndiki hərəkatın hədəfi xalqın azad seçimi və Ermənistanın subyektivliyidir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu “Respublika adına” partiyasının lideri, Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan deyib.

“Bu hərəkat ölkə daxilində seçicilərlə mübarizə aparır, yəni Ermənistanda seçicilərin artıq seçim hüququ olmamalıdır, çünki “keyfiyyətli” seçim edə bilmirlər. Onların məntiqi belədir”, - Arman Babacanyan deyib.
Əsasən Qarabağ mövzusunu təbliğ edən müxalifətin tələblərinə münasibət bildirən sabiq deputat Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Köçəryanın əməllərinə diqqət çəkib.

“Onun bəyanatlarına və hərəkətlərinə baxın: Qarabağı çoxdan Azərbaycana veriblər və Ermənistanda hakimiyyəti ələ keçiriblər. İndi yenidən hakimiyyəti ələ keçirmək problemini həll edirlər. Qarabağ sadəcə vasitə, fürsət və bəhanədir və Qarabağın bayrağının və indiki statusunun Ermənistana qətiyyən aidiyyatı yoxdur. Ermənistanın Qarabağa heç bir siyasi təsir mexanizmi, vasitəsi yoxdur: orada ancaq Rusiya-Azərbaycan müqavilələri qüvvədədir.
Hesab edirəm ki, çox təhlükəli proseslər gedir və müxalifətin bir neçə məqsədi var. Ən təhlükəlisi Azərbaycan və Türkiyəni təhrik etməkdir ki, Ermənistana qarşı hərbi əməliyyatlara başlasınlar.

Türklərə nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirməyə əsas verə bilər. Müxalifət beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Şuşa, Hadrut və işğaldan azad edilmiş əraziləri geri qaytarmaq niyyətindədir.

Ancaq Azərbaycanın hazırda kifayət qədər gücü var, üstəlik, Rusiyanın Ukraynada vəziyyəti o qədər də yaxşı deyil. Rəsmi Bakı bəyanatlarında göstərir ki, o, bir çox məsələlərdə Rusiyanın rəyi ilə hesablaşmaq niyyətində deyil və belə bir addımı (Ermənistana hücum nəzərdə tutulur) ata bilər.

Bu cür hərəkətlərdən sonra Ermənistan hakimiyyətinin başına nə gələcək, başa düşürsünüzmü? Siz başa düşürsünüz ki, bu siyasi seqmentin xarici müştəriləri Ermənistanı İttifaq dövlətinə üzvlük prosesinə cəlb etmək üçün bir təhrikdir.
Yəni Ermənistan ərazisində belə hərbi eskalasiya başlasa, heç bir çıxış yolumuz qalmayacaq...

Siz başa düşürsünüz ki, bu cür ritorika ilə Haaqada baxılan, nifrət və dözümsüzlükdən bəhs edən iddiamız yalnız ona görə ləğv edilib ki, İrəvanın mərkəzində siyasi “alternativ” elita “türk” sözündən neqativ istifadə siyasəti aparır. Rəqiblərimiz isə bundan özləri üçün istifadə edəcək”, – Arman Babacanyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin