Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dairəvi sistemlə təşkil olunan yarışın 6-cı turunda ağ fiqurlarla Alireza Firuzca (Fransa) ilə üz-üzə gəlib.
Qarşılaşma 96-cı gedişdə heç-heçə ilə başa çatıb.
Millimizin üzvü hazırda turnirdə 1,5 xalla 10-cu-sonuncu pillədə qərarlaşıb.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Ötən ilki "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:48 / 11.05.2022
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Hazırda oxunan: Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Hazırda oxunan: Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
73893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.