"İnterpol"un prezidenti haqqında istintaq başlanıb - İşgəncələrdə şübhəli bilinir 

Hazırda oxunan: "İnterpol"un prezidenti haqqında istintaq başlanıb - İşgəncələrdə şübhəli bilinir 

73831

Fransa prokurorları “İnterpol” beynəlxalq polis agentliyinin prezidenti Əhməd Naser Əl-Raisiyə qarşı “işgəncədə şəriklik” ittihamı ilə iş açıb. 

Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, o, “işgəncələrdə iştirak etmək” və “əsassız həbslər”də ittiham olunur. 

Bildirilib ki, məhkəmə istintaqı martın sonunda Parisdə iki britaniyalının “işgəncələrdə iştirak etmək” faktı ilə bağlı "İnterpol" prezidentindən şikayət etməsindən sonra başlayıb. 
Milli Terrorla Mübarizə Prokurorluğu Parisdəki istintaq hakiminə araşdırma aparılmasına dair göstəriş verildiyini təsdiqləyib. Şikayətlərdə 2018 və 2019-cu illərdə baş vermiş “işgəncə” və “əsassız həbs” iddiaları yer alır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin