ETSN ilə “Mitsubishi” Şirkəti arasında Memorandum imzalandı

Hazırda oxunan: ETSN ilə “Mitsubishi” Şirkəti arasında Memorandum imzalandı

73821

Ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb 
Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın Mitsubishi Şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüb. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. 

Görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. 
Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin