Qəbələdə bu avtomobil yolu yenidən qurulacaq - VİDEO

Hazırda oxunan: Qəbələdə bu avtomobil yolu yenidən qurulacaq - VİDEO

73817

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qəbələ rayonunda uzunluğu 5.3 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. 

Məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. 

“Tikinti Norma və Qaydaları”na uyğun yenidənqurma işləri çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması işləri aparılır. Çıxarılan boruların əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçiriləcək. 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görüləcək, yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. 
Anoloji yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarında da aparılması nəzərdə tutulur. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin