Kommunist Partiyasının hakimiyyətdə olduğu ölkələr – SON BEŞLİK

Hazırda oxunan: Kommunist Partiyasının hakimiyyətdə olduğu ölkələr – SON BEŞLİK

73813

1898-ci ildə Rusiyada Vladimir Lenin tərəfindən yaranan, strukturu sosializm quruculuğundan ibarət olan Kommunist Partiyası 1917-ci ildə Rusiyada, daha sonra digər müttəfiq respublikalarda hakimiyyəti ələ keçirdi. İkinci Dünya müharibəsindən sonra isə bir sıra Avropa ölkələrində də hakim partiya oldu. O cümlədən, Kuba, Koreya, Çin, Vyetnam, Laos kimi ölkələr də XX əsrin axarında kommunistləşdilər. 

SSRİ rəhbərliyinə Mixail Qorbaçov gəldikdən sonra isə 1985-ci ildən başlayaraq Avropa ölkələri qırmızı xətdən imtina etdilər. 1991-ci ildən başlayaraq isə Rusiya qarışıq ittifaq respublikalarının hamısı kommunist rejimindən azad oldular.

Bəs indi Kommunist Partiyası hansı ölkələrdə hakim mövqedədir?
 

MÖVZU İLƏ BAĞLI:

Kommunistlərin lideri: “Ruslar razılaşmanın tələblərini tam yerinə yetirmir”


Bizim.Media-nın araşdırmasına əsasən Kommunist Partiyasının hələ də hakim olduğu dövlətlər sırasında ilk yeri Çin tutur.

Əhalisinin sayına görə dünyada birinci yeri tutan Çin hazırda kommunist partiyasının tərəfdarlarına görə də dünyada birinci yerdədir. Çində Kommunist Partiyasının üzvlərinin sayı 100 milyona yaxındır. Hazırda partiyanın mərkəzi katibi Şi Cinpindir.

Kommunist Partiyasının iqtidarda olduğu ölkələr arasında ikinci yeri Kuba tutur.

Kuba Kommunist Partiyası 1925-ci ilin avqustunda Havanada kommunist dərnəkləri və Kuba Fəhlə Sosialist Partiyası sol cinahının birləşməsi nəticəsində yaranıb. Partiyanın katibi hələ də 2018-ci ildə səhhəti ilə əlaqədar prezidentlikdən istehfa verən Raul Kastrodur. Xatırladaq ki, Raul Kastro Kubada sosialist cəmiyyətinin qurucusu və  hələ də adı əbədi lider kimi anılan Fidel Kastronun qardaşıdır.

Siyahıda üçüncü yerdə Şimali Koreya qərarlaşıb. 1945-ci ildə müstəqillik qazanaraq, 1948-ci ildən müstəqil dövlət kimi tanınmağa başlayan Koreya Xalq Demokratik Respublikası yarandığı ilk gündən bu günə kimi tək partiyalı sistem əsasında fəaliyyət göstərir. Ölkədə fəaliyyətdə və iqtidarda olan yeganə partiya Kommunist Partiyasıdır.

Partiyanın baş katibi Şimali Koreyanın hazırkı prezidenti və dünya avtoritarizminin siması kimi tanınan Kim Çen Indır.

Bir partiyalı unitar sosialist ölkə olan Vyetnam 1976-cı ildə uzun sürən müharibədən sonra tək dövlət halında birləşdiyi zaman hakimiyyətə Kommunist Partiyası gəldi və partiyanın ölkədəki fəaliyyəti bu günə kimi genişlənməkdədir.
 

Laos Xalq Demokratik Respublikası dünyanın iqtidarda olan  5 kommunist ölkəsindən biri kimi say tərkibinə görə sonuncu yerdədir. İki böyük Kommunist ölkə ilə qonşu olması Laosda Kommunist Partiyasının hakimiyyətini zəruri edən səbəblərdən biridir.


Qeyd edək ki, Kommunist partiyası dünyanın Amerika, Fransa və Türkiyənin də daxil olduğu bir çox inkişaf etmiş ölkələrində fəaliyyətini davam etdirməkdədir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin