Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Hazırda oxunan: Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi

73786

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə görüşüb.

Bizim.Media "BT"yə istinadən xəbər verir ki, Mikayıl Cabbarovun Türkmənistana səfəri çərçivəsində baş tutan görüşdə iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün müvafiq iqtisadi, maliyyə və hüquqi şəraitin təmin edilməsinin, birgə biznes forumların təşkilinin vacibliyi vurğulanıb.

Bildirilib ki, müzakirələrdə nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin müntəzəm görüşlərinin, genişmiqyaslı birgə forumlarda iştirakının Türkmənistan-Azərbaycan dialoqunun gücləndirilməsində mühüm rolu qeyd olunub.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan ikitərəfli iqtisadi tərəfdaşlığın qurulmasına böyük önəm verir.

Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən danışan Prezident Serdar Berdiməhəmmədov yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması layihələrinin uğurla həyata keçirilməsi üçün hər iki dövlətin potensialından daha geniş istifadə etmək məqsədilə birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin