Bakının Sabunçu rayonunda bir nəfər özünü pilləkəndən atıb. Hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib.
O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib (apa).
Bizim.Media