Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılı, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq “Ulu Öndərin Gəncədəki izləri” adlı konfrans keçirilib.
Bizim.Media-nın yerli bürosunum məlumatına görə, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulları Zeki Öztürk, Nikolos İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində yerləşən Ulu ümumilli liderin adını daşıyan muzeyə baxış keçiriblər.
Rəsmi hissə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
“Ulu Öndərin Gəncədəki izləri” adlı konfransda Heydər Əliyevlə bilavasitə təmasda olan bir qrup ziyalılar onunla bağlı olan xatirələrini bölüşüblər.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 10.05.2022
Heydər Əliyevlə bağlı konfrans keçirildi: “Ulu Öndərin Gəncədəki izləri” - FOTO
Hazırda oxunan: Heydər Əliyevlə bağlı konfrans keçirildi: “Ulu Öndərin Gəncədəki izləri” - FOTO
Hazırda oxunan: Heydər Əliyevlə bağlı konfrans keçirildi: “Ulu Öndərin Gəncədəki izləri” - FOTO
73690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.