Xəbər verdiyimiz kimi, bu gün İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçiriləcək.
Bizim.Media xəbər verir ki, 40 ölkənin iştirak edəcəyi yarışmada, birinci yarımfinalda Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan təmsilçisi çıxış edəcək.
Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin güclü olması buna zəmin yaradıb.
Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür. 10-14 may tarixlərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanacaq.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:18 / 10.05.2022
"Avroviziya"da birinci YARIMFİNAL - Bu gün hansı ölkələr çıxış edəcək?
Hazırda oxunan: "Avroviziya"da birinci YARIMFİNAL - Bu gün hansı ölkələr çıxış edəcək?
Hazırda oxunan: "Avroviziya"da birinci YARIMFİNAL - Bu gün hansı ölkələr çıxış edəcək?
73654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.