İrəvanda müxalifət körpünü bağladı - Polis həbslərə başladı

Hazırda oxunan: İrəvanda müxalifət körpünü bağladı - Polis həbslərə başladı

73636

Müxalif deputatlar - Qeqam Manukyan və Aram Vardevanyanın rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvanda pravoslav kilsəsinin yaxınlığındakı küçəni bağlayıb və bununla da şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Təhlükəsizlik qüvvələri yolun açılmasını tələb edib, etirazçılar isə qərarın yalnız özləri tərəfindən veriləcəyini bildiriblər.

Daha sonra təhlükəsizlik qüvvələri onları sərazidən çıxarmağa çalışıb. Yürüşün koordinatorları aksiya iştirakçılarını səfərbər olmağa və yürüşü paytaxtın mərkəzinə doğru davam etdirməyə çağırıblar.

Daha sonra İrəvan polisi 35 yürüş iştirakçısının saxlanıldığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin