GPS üzrə sərhədlərin cinayətkarcasına pozulması, Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun Bakıya göndərilməsi Nikola yalnız ona görə lazımdır ki, İlham Əliyevə “əyilmə” prosesində hansısa güzəşt əldə etsin və hakimiyyətdə qalsın.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Telegram kanalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan 104 milyonu hara xərcləyib? - Ermənistanda qalmaqal böyüyür
Sarkisyanın yeznəsi: "Cəmiyyət idarə olunur və Nikolun tələsinə düşür"
"Bu kiçik güzəşt Azərbaycanın Naxçıvan ərazisindən Meğriyə açılan yolu olacaq. Nikol xəyanətini ört-basdır etmək üçün ən azı bir uğur qazanmalıdır. Vətənpərvər oğlanlarımız həlak oldu, Qarabağın çox hissəsi itirildi, minlərlə ailəyə ölüm xəbəri gəldi, ölkə maliyyə böhranı ilə üz-üzə qaldı, millət rüsvay oldu, əvəzində isə biz Meğriyə tez gedib gələcəyik".
"O düşünmür ki, Meğrinin özü də, nəqliyyat dəhlizi də təhlükə altında olacaq. Bu başı xarabın məqsədi sadədir: nəyin bahasına olursa olsun, hakimiyyətdə qalmaq. Ölümlərin, həyatın, biabırçılığın, ən dəhşətlisi uşaqlarımızın gələcəyi bahasına", - deyə Mikael Minasyan yazıb.
Bizim.Media