Vazgen Manukyan: “Biz bu çarəsiz hakimiyyəti aradan qaldıracağıq”

Hazırda oxunan: Vazgen Manukyan: “Biz bu çarəsiz hakimiyyəti aradan qaldıracağıq”

7360

Faktiki olaraq müstəqil dövlətimiz Nazirlər Kabinetinin, ordunun, güc strukturlarının simasında ölkəmizin və xalqımızın, ərazilərimizin, əmlakımızın və maraqlarımızın təhlükəsizliyini müdafiə etmir.

Bizim.Media xəbər verir ki, bu barədə Vazgen Manukyanın mövqeyinin təmsil olunduğu "Vətənin xilası" Hərəkatının bəyanatında deyilir.
 


MÖVZU İLƏ BAĞLI:

Müxalifət Ermənistandakı seçkilərin şərtlərini açıqladı

Paşinyanın yerinə Manukyan gələ bilər
 


"Əziz həmvətənlər, itkilərimiz davam edir. Növbə Şurnuxuya çatdı".

"1988 - ci ilin Sumqayıt hadisələrindən sonra biz şahid olduq ki, nə dövlət, nə də ordu (o vaxt SSRİ ordusu) xalqımızın fiziki varlığının və təhlükəsizliyinin müdafiəçisidir. Ermənistanda fəal şəkildə özünümüdafiə dəstələri formalaşmağa başladı".

"Ondan sonra biz böyük yol keçmişik: müstəqil dövlət qurmuşuq, döyüş qabiliyyətli ordu yaratmışıq, parlaq qələbələr qeydə almışıq. İndi isə biz eyni vəziyyətə düşmüşük. Faktiki olaraq müstəqil dövlətimiz Nazirlər Kabinetinin, ordunun, güc strukturlarının simasında ölkəmizin və xalqımızın, ərazilərimizin, əmlakımızın və maraqlarımızın təhlükəsizliyini müdafiə etmir".

"Bunun əvəzinə, biz daim yalandan öz müqəddaratını təyinetmə hüququnu, hakimiyyət orqanlarının cahil izahatını eşidirik. Ancaq dövlət öz vətəndaşlarının təhlükəsizliyinin və maraqlarının qorunmasını təmin edə bilmirsə, xalq təbii olaraq bu hüququ öz üzərinə götürməlidir".

"Biz bu mərhəmətsiz və dövlətimizi dağıdan hakimiyyəti aradan qaldıracağıq. Ancaq bunun üçün vaxt lazımdır. İtkilərimiz davam etdir, dövlətimizin sərhədləri daralır, sərhədyanı yaşayış məntəqələrimiz və onların sakinləri müdafiəsiz qalırlar".

"Belə bir şəraitdə hesab edirəm ki, müharibədən keçən gənclərimiz, sərhədyanı yaşayış məntəqələrinin əhalisi yenə də müdafiə dəstələrini formalaşdırsınlar, danışıqlar aparsınlar və 10 noyabr tarixli üçtərəfli bəyanatın həyata keçirilməsi çərçivəsində rus sülhməramlı qüvvələrlə əməkdaşlıq etsinlər və ölkəmizin sərhədlərini və xalqımızın təhlükəsizliyini müdafiə etsinlər", deyə bəyanatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin