Avakov Moskvaya qaçan ukraynalı deputat HAQDA: “Onu güllələyərdim” - VİDEO

Hazırda oxunan: Avakov Moskvaya qaçan ukraynalı deputat HAQDA: “Onu güllələyərdim” - VİDEO

73582

Ukraynanın keçmiş daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakov "Müxalifət Platforması – Həyat uğrunda” partiyasının qalmaqallı keçmiş deputatı, əvvəllər onun müşaviri olmuş İlya Kivanı güllələməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı UNIAN saytı yayıb.

Mənbə xatırladır ki, hazırda Moskvada olan Kiva Putin rejimini və onun Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyir.

Milli telemarafonun efirində Avakov artıq Kiva ilə danışmayacağını etiraf edib.

“Əgər fürsətim olsaydı, onu güllələyərdim. Düşünürəm ki, əlində silah olan istənilən adam eyni şeyi edərdi. Deməli, bunu istənilən satqın və əclafa qarşı etmək lazımdır. Kiva təkcə “Müqəddəs Məryəm” batalyonunda deyil, 2015-ci ildə “Poltava” batalyonunda da olmuşdu. 2014-cü ildə Rusiyaya qarşı çıxış edirdi”, deyə o vurğulayıb.
Avakov keçmiş müşavirinin siyasi baxışlarının kəskin dəyişməsinə də münasibət bildirib:

"Sonra Medvedçuk (Putinin dostu) həyatında göründü. Sonra pul, Rusiya televiziyasında görünmək istəyi ortaya çıxdı və nəticədə Moskvada peyda oldu.  İndi bu əclaf Ukrayna şəhərlərini nüvə bombası ilə bombalamağa çağırır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin