Nikol Paşinyanın Moskvaya gedib hansısa sənədə imza atacağı barədə şayiələr gəzir.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın “Əriklər ölkəsi" Partiyasının lideri Zauri Postancyan yanvarın 4-də keçirdiyi mətbuat konfransında bildirib.
"Moskvadakı görüşün təşkilatçılarının nəzərinə çatdırmaq istəyirəm ki, Nikol Paşinyan Ermənistan Respublikasının hakimiyyətini təmsil etmir, deməli, onun imzası Ermənistan vətəndaşları üçün heç bir hüquqi qüvvəyə malik ola bilməz", -deyə o bildirib.
Onun sözlərinə görə, noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın Qarabağın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.
"Paşinyanın Qarabağ adından sənəd imzalamağa haqqı yox idi, çünki o, Şuşanı, Hadrutu və digər rayonları təslim etmişdi. O, şifahi razılaşmalara nail olmaq və Ermənistanın kəndlərindən birini və ya bir hissəsini təhvil vermək hüququna malik deyil", -deyə Zauri Postancyan əlavə edib.
Onun fikrincə, Vətənin xilası istiqamətində həyata keçirilən tədbirlər prioritet problemlərin həlli üçün kifayət etməyib və kəskin addımlara keçməyin vaxtı yetişib.
"Tez hökumət qurulmalıdır. Bu hökumət digər dövlətlərlə münasibətlərə girmək, qərarlar qəbul etmək təşəbbüsü ilə çıxış etməlidir. Bu öhdəliyi vətəni xilas etmək üçün baş nazir vəzifəsinə namizəd Vazgen Manukyan öz üzərinə götürüb. Əgər o, imtina etsə, qoy bu öhdəlikləri başqa lider öhdəsinə götürsün", -deyə Zauri Postancyan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:36 / 04.01.2021
Postancyan: “Paşinyanın Qarabağ adından sənəd imzalamağa haqqı yoxdur” - FOTO
Hazırda oxunan: Postancyan: “Paşinyanın Qarabağ adından sənəd imzalamağa haqqı yoxdur” - FOTO
Hazırda oxunan: Postancyan: “Paşinyanın Qarabağ adından sənəd imzalamağa haqqı yoxdur” - FOTO
7358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.