"Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib".
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
“Bu istiqamətdə səylər davam etdirilir. Əgər sülh danışıqlarından, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından söhbət gedirsə, bu proses həmin 5 bənd üzrə getməlidir. Biz əvvəl də qeyd etmişik ki, hər hansı qeyd-şərt əlavə etmək lazım deyil, çünki bu prosesi pozmaq anlamına gəlir”, - deyə nazir müavini əlavə edib.
Xələf Xələfov qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın təkliflərinə hər hansı imtina gəlməyib.
Onun sözlərinə görə, müxalifətin etirazlarına baxmayaraq, görünən qədərilə Ermənistanın indiki hakimiyyəti sülh prosesinin davam etdirilməsindən imtina etməyib.
Səkinə Yusibova, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:28 / 10.05.2022
“Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq” - XİN
Hazırda oxunan: “Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq” - XİN
Hazırda oxunan: “Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq” - XİN
73569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.