Azərbaycan ordusunun ehtiyatda olan zabitindən sakinlərə XƏBƏRDARLIQ – FOTO

Hazırda oxunan: Azərbaycan ordusunun ehtiyatda olan zabitindən sakinlərə XƏBƏRDARLIQ – FOTO

73501

Son günlər qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, bəzi bölgələrdə çay daşqınları baş verib. Bu, bir çox bolgələr üçün adi təbiət hadisəsi kimi qiymətləndirilsə də, bəzi bölgələrdə əlavə təhlükələrə yol açır.

Bizim.Media-nın Qarabağ bürosuna müsahibə verən Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Elşən Zeynalov sakinləri son dərəcə eytiyatlı olmağa çağırır:

"Uzun müddət həmin ərazilərdə xidmət aparmışam. Əraziləri yaxşı tanıdığım üçün deyə bilərəm ki, Qarqar çayının böyük hissəsi uzun illər işğal altında qalıb. Bu səbəbdən də oranı minalanmış və partlamamış döyüş sursatları ilə çirkləndirilmiş ərazi hesab etmək olar. Həmçinin çay keçmiş təmas xəttini keçdiyinə görə, sel suları mina və digər sursatlar gətirə bilər. Ona görə də bölgədə yaşayan əhali tam diqqətli olmalıdır".

O, Ağdam ərazində xidmət apardığı dövrlər belə hallara dəfələrlə rast gəldiyini də diqqətə çatdırıb: 

"Xüsusilə Ağdam ərazisində belə hallara dəfələrlə rast gəlmişəm. Tərtər və Tovuz istiqamətində də bu hal baş verib. Hətta xəsarət alanlar da olub. Onu da əlavə edim ki, sel əsasən piyada əleyhinə minaları axıdır... Bu baxımdan sakinlər ehtiyatlı olmalıdır", - E.Zeynalov vurğulayıb.

Qeyd edək ki, hazırda selin qarşısı tam alınmayıb.

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin