Ukraynada yaralanan azərbaycanlı sürücüdən XƏBƏR var

Hazırda oxunan: Ukraynada yaralanan azərbaycanlı sürücüdən XƏBƏR var

73489

Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhətində irəliləyiş müşahidə edilir.

Bizim.Media xəbər verir ki, S.Tahirov 28 fevral tarixində Ukraynanın Xarkov şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb. Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib.

MÖVZU İLƏ BAĞLI:

Ukraynada yaralanan azərbaycanlı sürücü öldü


O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib.

18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi əməliyyat keçirib.

Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib.

Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib və hazırda orada müalicəsini davam etdirir.

Qeyd edək ki, sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) tərəfindən qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin