İsveç NATO-ya üzv olmaq qərarına gəldi

Hazırda oxunan: İsveç NATO-ya üzv olmaq qərarına gəldi

73483

İsveçin hakim partiyası mayın 15-də NATO-ya üzvlüklə bağlı qərar verəcək. Finlandiya prezidenti Sauli Niinistö bu həftə proqrama dəstəyini açıqlayacaq. Niinistönün mayın 12-də verəcəyi bəyanat, çox güman ki, Şimali Avropanın təhlükəsizlik arxitekturasının xəritəsini yenidən tərtib edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.

Sosial Demokrat Partiyasının katibi Tobias Baudin İsveçin ictimai radiosu SR-ə hələ qərarın verilmədiyini deyib:

“Mayın 15-də bununla bağlı qərar veriləcək, partiya rəhbərliyi öz mövqeyini bildirəcək”.

İsveçin son 100 ildə ən böyük partiyası olan Sosial Demokrat bu həftə rəhbərlik tərəfindən yekun qərar qəbul edilməzdən əvvəl üzvlərin NATO-ya qoşulması ilə bağlı fikirlərini öyrənmək üçün rəqəmsal formatda 3 partiya toplantısı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin