"Söz vermişəm daha müsahibə verməyəcəm. Üzümün suyu gedib. Evdə arvad deyir ki, səndən boşanacağam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Şourum” maqazin verilişinə müsahibəsində deyib.
Son günlər verdiyi qalmaqallı açıqlamaları ilə həmkarları ilə “üz-göz” olan sənətçi “ayağını bir başmağa dirəyib” müsahibə verməkdən imtina edib:
“Xanımım mənə deyir ki, danışma. “Instagram”da səni təhqir edirlər, mən və uşaqlar əsəbiləşir. Uşaq deyiləm, 51 yaşım var. Mən bundan sonra heç zaman müsahibə verməyəcəyəm. Mən oxuyanam”.
Qeyd edək ki, bir müddət əvvəl “7 özəl” verilişində qonaq olan Nadir Qafarzadə “Xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və müğənni Natavan Həbibidən incidiyini dilə gətirib. O bildirib ki, adıçəkilən sənət yoldaşlarını böyük oğlu Loğmanın toyuna dəvət etsə də, onlar məclisə gəlməyiblər”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:25 / 09.05.2022
Nadir özündən çıxdı: “Evdə arvad deyir ki, səndən boşanacağam” - VİDEO
Hazırda oxunan: Nadir özündən çıxdı: “Evdə arvad deyir ki, səndən boşanacağam” - VİDEO
Hazırda oxunan: Nadir özündən çıxdı: “Evdə arvad deyir ki, səndən boşanacağam” - VİDEO
73407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.