Niyam Salamidən ETİRAF : "Sevinirəm ki, övladım yoxdur" - VİDEO

Hazırda oxunan: Niyam Salamidən ETİRAF : "Sevinirəm ki, övladım yoxdur" - VİDEO

73364

"İllər əvvəl bir müğənni (red. Ramal İsrafilov) məni lağa qoymuşdu. Söyləyirdi ki, məni müğənni kimi deyil, aşpaz kimi qəbul edir. Mənim üçün problem yoxdur. Yenə də kömür də daşıyaram, meşədə ağac da qıra bilərəm. Yetərki sağlam olum və dolanışığım olsun. Bəli, mən hazırda işimlə məşğulam. Üç quzunun qabırğasında "Titanik" gəmisini düzəldən adamam".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu "Qonağım ol" verilişində deyib.

Sənətçinin şəxsi restoranında çəkilən verilişdə aparıcı Günay Firuddinqızının "Pul haqqında mahnı oxumusan. Bəs Niyam pulun var?" sualına Salami belə cavab verib.

"Bir milyonum olsa, o pulun yalnız yüz mini qala bilər. Çünki o pulun çox hissəsi lazımı olan yerlərə xərclənməlidir. Kartımda o qədər də çox pulum yoxdur. Amma belə nağd pulum var. Əsas da odur ki, pulum var. Həyata rəng qatan puldur. Amma öncə pulu deyil, işi fikirləşməlisən ki, o iş pul gətirsin. Bunun üçün isə düzgün məqsəd olmalıdır".

Proqramın gedişatında Günay müğənni İlahə Fədanın bir müddət əvvəl söylədiyi "Allaha şükür edirəm ki, nə yaxşı ki, övladım yoxdur" mövzusunu yada salıb Niyamın münasibətini öyrənib.

"Sevinirəm ki, övladım yoxdur. İndi ana ilə uşaq arasında sevgi, hissiyat yoxdur. Övladlarına dayə tuturlar. Dayə kimdir? Sən övladı dünyaya gətirmisən və ona da sən baxmalısan, dayə yox. İndi həm qadının həm də kişinin həyatına kənardan o qədər müdaxilələr ediblər, o qədər insanı yükləyublər ki, heç biri bilmir, necə yaşasın".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin