Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliyaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya AIDA-nın (Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi) Tvitter səhifəsində yer alıb.
Mənbə yazır ki, diplomat səfəri çərçivəsində Rio-de-Janeyro şəhərindəki “Azərbaycan” bələdiyyə məktəbinə xüsusi hədiyyələr təqdim edib.
O, həmçinin AIDA tərəfindən 24 sinif və 787 şagirdin olduğu məktəb üçün açıq oyun meydançası avadanlıqlarının tezliklə veriləcəyini vəd edib.
Bizim.Media
Within his visit to #Brasil?? Dep.Foreign Minister?? @ElnurIMammadov called on the “#Azerbaijan” municipal school in #RiodeJaneiro & delivered special gifts. He also pledged outdoor playground equipments for the school with 24classes & 787students to be provided by #AIDA shortly. pic.twitter.com/w9NoLOzjEP
— AIDA - Azerbaijan International Development Agency (@AIDAzerbaijan) May 8, 2022