"Mina ilə bir neçə gün əvvəl telefonla danışmışam. O, həyat yoldaşı ilə hazırda Bakıda deyillər, istirahət edirlər. Onlar bal ayındadırlar".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Şourum" verilişinə müsahibəsində deyib.
Elnarə bir neçə ay əvvəl səs-küydən uzaq, gizlincə ailə həyatı quran xalası qızı Mina Hüseyndən danışıb, onun həyat yoldaşının kimliyini üzə çıxarıb.
"Minanın həyat yoldaşı nə qohumudur, nə dəki şou-biznesdəndir. O, sıravi bir vətəndaşdır. Minanın həyat yoldaşı onun fanatı deyil. O, Minaya böyük dəyər verən bir şəxsdir".
Rəşad Əliyev, Bizim.Media