Elzadan küsülü olan Nazpəriyə barışıq jesti: "Heç bir günahım yoxdur" - VİDEO

Hazırda oxunan: Elzadan küsülü olan Nazpəriyə barışıq jesti: "Heç bir günahım yoxdur" - VİDEO

73344

"Öz aləmimdə Nazpəri xanımla küsülüyə son qoymuşam. Onu yolda görsəm, salam verərəm, öpüb, bağrıma basaram. Bu küsülülük mövzusu mənim üçün qaldı keçmişdə".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Şourum" verilişinə müsahibəsində deyib.

Sənətçi illər əvvəl canlı efirdə həmkarı ilə üz-üzə gəlib, dalaşsa da, aralarında baş verənləri unudub, savaşa barışıqla cavab verib.

"Mən bu qalmaqalda çox rahatam. Çünki mənim heç bir günahım yoxdur. Nazpəri xanım rahat olsun ki, mən onu çox istəyirəm. Zamanında deyib, mən də ona cavab vermişəm. Artıq o söz-söhbətlər qaldı keçmişdə".

Elza Nazpəriyə efir vasitəsi ilə başsağlığı da verib.

"Allah Nazpəri xanıma bundan sonra övlad acısı göstərməsin. Balalarına onu çox görməsin".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin