Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın rəhbərlərinə və vətəndaşlarına təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
“Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş əsgərlərə minnətdarlıq və ehtiramımızı bildiririk”, - Kremlin mətbuat xidmətindən bildiriblər.
“Bu gün ümumi vəzifə müxtəlif ölkələrdən olan insanlara bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaqdır. Müharibə illərində baş verən hadisələr, ümumi mənəvi dəyərlər və qardaşlıq dostluğu ənənələri haqqında həqiqəti qorumaq və nəsillərə ötürmək lazımdır”, - Rusiya dövlət başçısının mesajlarında deyilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:09 / 08.05.2022
Putin İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Putin İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Putin İlham Əliyevi təbrik etdi
73330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.