Türkiyəli müğənni Gülben Ergenin başına xoşagəlməz iş gəlib.
Bizim.Media xəbər verir ki, Düzcedə konsert proqramı ilə çıxış edən ulduz ikinci mahnısını səsləndirərkən gözlənilmədən ayağı libasına dolaşıb və müvazinətini itirərək yerə yıxılıb.
Həmin anda isə Gülben huşunu itirib. Bildirilib ki, sənətçinin gərginlikdən təzyiqi düşüb və ürəyi gedib.
20 dəqiqə keçdikdən sonra özünə gələn G.Ergen yenidən səhnəyə qayıdıb və ifalarını oxumaqda davam edib.
Qeyd edək ki, həftələr əvvəl Gülben Ergen Bakıda restoranların birində canlı konsert proqramı ilə çıxış edib.
Rəşad Əliyev, Bizim.Media