Cari ilin birinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin ortalarına planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
“BP Azerbaijan” şirkətindən Bizim.Media-ya bildirilib ki, Xankəndi sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırıb.
Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri bu ilin ikinci rübündə başa çatmaq qrafikinə uyğun irəliləyib.
Bu layihə çərçivəsində “Şahdəniz Bravo” platformasının üzərində aparılan işlər də hazırda başa çatmaq üzrədir.
Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama fəaliyyətləri qrafikə uyğun irəliləyir.
İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:22 / 08.05.2022
“Şahdəniz Bravo” platformasından yeni XƏBƏR var
Hazırda oxunan: “Şahdəniz Bravo” platformasından yeni XƏBƏR var
Hazırda oxunan: “Şahdəniz Bravo” platformasından yeni XƏBƏR var
73287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.