Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu gün sənətçi doğum günü olan mərhum oğlunun məzarını ziyarət edib.
Xalq artisti sosial şəbəkə hesabında, "Sənsiz keçirdiyim ilk doğum günün mübarək oğlum" şərhini yazıb.
Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media