İngiltərənin "Çelsi" klubunun yeni sahibləri bəlli olub.
Bizim.Media “Foxsports”a istinadən xəbər verir ki, klub “LA Dodgers”in sahibi Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma satılacaq.
Belə ki, iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.
Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.
Bundan əlavə, yeni sahiblər kluba əlavə 1,75 milyard funt sterlinq investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivləri bloklanıb. Bu səbəbdən funksioner martın 2-də klubu satmaq niyyətində olduğunu açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:40 / 07.05.2022
"Çelsi"nin yeni sahibləri onlardır
Hazırda oxunan: "Çelsi"nin yeni sahibləri onlardır
Hazırda oxunan: "Çelsi"nin yeni sahibləri onlardır
73190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.