Azərbaycanda bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum olub.
Bizim.Media xəbər verir ki, xərclərin təyinatı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, bu il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üzrə 4 585 806 638 manat vəsait ayrılıb.
Həmin vəsaitin 1 934 288 659 manatı müdafiə qüvvələri, 260 612 183 manatı milli təhlükəsizlik, 281 620 334 manatı sərhəd xidməti, 3 901 203 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259 manatı müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə xərclənəcək.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							11:30 / 04.01.2021
							
						2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu
						
							
								Hazırda oxunan: 2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: 2021-ci ildə müdafiə və milli təhlükəsizlik üzrə ayrılan xərclərin təyinatı məlum oldu							
						7315
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































