Yazın ilk nübar meyvəsi kimi çiyələk həmişə birinci olub. Aprel ayı girər-girməz piştaxtalarda axtardığımız ilk nemət də məhz çiyələk olur. Amma bu mövsümdə çiyələkdən zəhərlənmələrin də sayı artır. Ona görə də hazırda satılan çiyələklər orqanizm üçün nə dərəcədə faydalıdır deyə, mövzuya müracət etdik.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, çiyələyin nə dərəcədə zərərli olduğu ilk öncə laboratoriya şəraitində yoxlanılmalıdır.
Yalnız bundan sonra o çiyələyin orqanizm üçün ziyanlı və ya faydalı olduğunu dəqiq söyləmək olar:
“Çiyələk ümumiyyətlə azot sevən bitkidir, əgər məhsulun istehsalında “Silitra”-dan (Azot Gübrəsi) istifadə olunubsa, həmən məhsulun meyvəsində nitrat toplana bilər. Əgər karbomiddən istifadə olunubsa, deməli o məhsulda insan orqanizmi üçün zərərli maddələr ola bilər”.
Çiyələyin bazardakı fərqli qiymətinə gəlincə isə ekspert qeyd edib ki, bu müxtəlif amillərdən asılı olaraq dəyişə bilər:
“İlk növbədə bu məhsulun keyfiyyətindən və bazarda yaranmış şəraitdən asılıdır. Baxmayaraq ki, bazarların alıcılıq qabiliyyəti aşağıdır, bəzi məhsulların qiyməti həddindən artıq şişirdilib”.
Son vaxtlar yediyimiz çiyələyin dadının və saxlanma müddətinin əvvəlki vaxtlarla müqayisədə dəyişməsinə isə ekspert belə münasibət bildirib.
“Bu adətən sifarişçinin istehsalçıya verdiyi sifarişdən asılı olaraq dəyişir. Çünki sifarişçi qalıcılıq qabiliyyəti daha çox olan məhsulu almaqda maraqlıdır ki, uzun müddət o çiyələyin satışını təşkil etmək mümkün olsun və məhsul tez xarab olmasın. Buna görə də istehsalçı bəzi kimyəvi maddələr tətbiq etmək məcburiyyətində qalır”.
Daha keyfiyyətli və turş alça dadı deyil, şirin çiyələyi yeməyin əsas yolunu isə qulağa nə qədər fərqli səslənsə də ekspert rəqabət mühitinin artırılmasında görüb:
“Əgər rəqabət mühiti artırılarsa, bu zaman bəzi işbazların bazarı bağlanacaq və istehsalçılar daha keyfiyyətli məhsullar istehsal etmək üçün bir-biri ilə yarışacaqlar. Qazanan isə daha keyfiyyətli məhsul yeyərək orqanizmini zəhərlənmələrdən qoruyan insanlar olacaq”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 07.05.2022
Çiyələkdən zəhərlənmə halları nə ilə bağlıdır? – MƏLUM OLDU
Hazırda oxunan: Çiyələkdən zəhərlənmə halları nə ilə bağlıdır? – MƏLUM OLDU
Hazırda oxunan: Çiyələkdən zəhərlənmə halları nə ilə bağlıdır? – MƏLUM OLDU
73116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.