Keçmiş səfir: “ABŞ bu addımı alqışlayacaq”

Hazırda oxunan: Keçmiş səfir: “ABŞ bu addımı alqışlayacaq”

73089

“Rusiyanın Ukrayna və Moldova kimi digər qonşularını təhdid etməsi İsveç və Finlandiyanı NATO üzvlüyü barədə düşünməyə vadar edib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç söyləyib.

Səfirin sözlərinə görə İsveç və Finlandiya suveren və müstəqil ölkələrdir və onların NATO ilə sıx əlaqələri var:

“Əgər Finlandiya və İsveç üzvlüklə bağlı NATO-ya müraciət etsə, əminəm ki, ABŞ iki güclü təhlükəsizlik təminatçısının alyansa qoşulmasını alqışlayacaq. Putin bu addımlara şərait yaratdığından Rusiyanın şikayət etmək üçün heç bir əsası yoxdur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin