“Qarabağda növbəti müharibə qaçılmaz olacaq” – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

Hazırda oxunan: “Qarabağda növbəti müharibə qaçılmaz olacaq” – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

73059

“Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsilə onların qonşularına münasibətdə yürütdüyü ənənəvi siyasəti istər-istməz növbəti müharibəni qaçılmaz edəcək”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanda etiraz aksiyalarına başlayan revanşist millətçi qüvvələrin hakimiyyəti ələ keçirəcəkləri təqdirdə, yaranmış vəziyyət növbəti Qarabağ müharibəsinin başlanmasını qaçılmaz edəcəyilə bağlı sualı dəyərləndirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Aprel döyüşləri ilə Azərbaycan dünyaya hansı mesajı vermişdi? - TƏHLİL 


“Belə olan vəziyyətdə birmənalı şəkildə aydındır ki, Ermənistan digər bölgələri, xüsusən də vaxtilə Azərbaycandan qoparılan bölgələrini də itirəcək. Ermənistanın hərbi təchizatı çox zəifdir. Yaxın 10 il müddətində onlar bu problemi həll etmək gücündə olmayacaq. Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyat və təxribatlar olmayana qədər ölkəmiz müharibə etməyəcək. Amma Ermənistanda hakimiyyəti ələ keçirməklə revanşist qüvvələr köhnə əməllərindən əl çəkməyəcəkləri təqdirdə, Azərbaycan düşməni yenidən yerində otuzdurmalı olacaq”. 

Ekspert bildirir ki, belə bir müharibə Ermənistan tərəfindən başlasa, bu, Azərbaycanın mövqeyinə uyğun davranış olacaq: 

“Belədə, Azərbaycan Qərbi Zəngəzuru, Dilican dərəsəni, hətta İrəvanı belə qaytarmaq üçün hüquqi zəmin qazanacaq. Çünki Azərbaycan həmin vəziyyətdə dərhal Ermənistana ərazi iddiası qaldıracaq ki, ondan sonra gerisi texniki məsələlər olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin