“Azəriqaz” Qarabağla bağlı proqramını hökumətə təqdim etdi

Hazırda oxunan: “Azəriqaz” Qarabağla bağlı proqramını hökumətə təqdim etdi

73058

“Azəriqaz” İstehsalat Birliyi Qarabağ ərazisinin qazlaşması ilə bağlı öz proqramını tərtib edib və hökumətə təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

Onun sozlərinə görə, Qarabağ ərazisinin qazlaşması ilə bağlı “Azəriqaz” Energetika Nazirliyinin tərkibində olan xüsusi qrup çərçivəsində hərəkət edir. Hazırda konkret ərazilər üzrə layihələndirmə və digər işlər aparılır. 

“İşlərə (tikinti – red.) nə vaxt start verilməsini gözləyirik. Hazırda işlərin nə zaman başlanacağı ilə bağlı dəqiq tarix yoxdur. Ancaq biz özümüz üçün müəyyən proqram tutmuşuq və bu proqram həm SOCAR-a, həm də dövlətə təqdim olunub. Nə vaxt tapşırıq olarsa, biz başlayarıq” - Ruslan Əliyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin