Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq, əllərindəki odlu silah ilə sakinləri hədələyərək pul tələb ediblər.
Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Y.Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:46 / 06.05.2022
Gəncədə odlu silahla quldurluq edənlər ələ keçdi - FOTO
Hazırda oxunan: Gəncədə odlu silahla quldurluq edənlər ələ keçdi - FOTO
Hazırda oxunan: Gəncədə odlu silahla quldurluq edənlər ələ keçdi - FOTO
73033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.